AZ

Ersin Tatar Orgeneral Selçuk Bayraktaroğlunu qəbul edib


Kuzey Kıbrıs Türk Cümhuryyətinin Cumhurbaşqanı Ersin Tatar, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Orgeneral Selçuk Bayraktaroğlunu qəbul edib.

Bu barədə KKTC-nin Cumhurbaşqanlığından məlumat verilib.

Məlumata görə, qəbulda Türkiyənin Quru Qoşunları Komandanı Orgeneral Metin Tokel, Kıbrıs Türk Sülh Qüvvələri Komandanı Korqeneral Sebahattin Kılınç və Təhlükəsizlik Qüvvələri Komandanı General-mayor İlker Görgülü də iştirak edib: “Ersin Tatar görüşdə, Orgeneral Bayraktaroğlunu yeni vəzifəsi münasibətilə təbrik edib, şəxsən ona və qəhrəman Türk Silahlı Qüvvələrinə (TSK) təşəkkürünü bildirib. Mehmetçiyə duyduğu dərin minnətdarlığı ifadə edən E.Tatar qeyd edib ki, S.Bayraktaroğlunun ziyarəti Ana vətən Türkiyənin Kıbrıs türk xalqının təhlükəsizliyi və gələcəyinə verdiyi sarsılmaz dəstəyin ən güclü təsdiqidir”.

SAMİRƏ

Seçilən
93
baki-xeber.com

1Mənbələr