AZ

"Neftçi"nin futbolçusu cəzalandırıldı

style='margin-bottom:10px;'>

AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu İqor Ribeyronu cəzalandırıb.

QOL.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

25 yaşlı müdafiəçi “Turan Tovuz” oyunun 55-ci dəqiqəsində təcavüzkar davranışa yol verib (rəqibi vurub). Nəticədə o, birbaşa qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi bu səbəbdən də braziliyalı futbolçunu 3 oyunluq cəzalandırıb.

Paytaxt təmsilçisi isə 3000 manat cərimələnib.

Qeyd edək ki, bu ilin avqust ayının 1-də "Araz-Naxçıvan"dan "Neftçi"yə keçib. 

Seçilən
24
3
teleqraf.com

4Mənbələr