AZ

Strateji Raket Qüvvələrinin ekipajlarının hazırlanması üçün rus hərbçilərinə trenajorlar verilib

“Remvoorujenie” holdinqi (“RT-Kapital”-ın tərkibində “Rostex” dövlət korporasiyasının bir hissəsi) Strateji Raket Qüvvələrinin ekipajlarının hazırlanması üçün müasir təlim kompleksləri təqdim edib.

Herbiand.az “Rostex”-in mətbuat xidmətinə istinadən bildirir ki, trenajorlar təlim zamanı reallığa mümkün qədər yaxın mühit yaradır və kadrların hazırlanması xərclərini əhəmiyyətli dərəcədə azaldır.

Təlim avadanlığı strateji raket sistemləri ekipajlarını əsas sahələrdə - rabitə, texniki sistemlər, təhlükəsizlik və müdafiə, enerji təchizatı, hərbi xidmət təhlükəsizliyi və atıcılıq üzrə döyüş vəzifəsinə hazırlamağa imkan verəcək.

Yeni trenajorlar təlim tapşırıqlarını həm əl ilə, həm də müəyyən edilmiş ssenarilərə uyğun yerinə yetirməyə imkan verir. Onlar həmçinin kursantların hərəkətlərinə nəzarət edir, səhvləri müəyyənləşdirir, əməliyyatların icrasını sürət və dəqiqlik meyarlarına görə qiymətləndirir, nəticələri təlim xəritəsində qeyd edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
9
herbiand.az

1Mənbələr