AZ

Kaliforniya qubernatoru Trampa meydan oxuyur: Məhkəmədən şok qərar

Kaliforniya ştatının federal hakimi ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiyanın federal qanunları pozduğuna qərar verib. Belə ki, administrasiya hökumətin immiqrasiya siyasətinə qarşı etirazlara cavab olaraq Milli Qvardiyanı Los-Ancelesə göndərib.

Publika.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Qeyd ounur ki, 52 səhifəlik sənəddə hakim Çarlz Breyer prezident və onun administrasiyasının daxili qanunların mühafizəsini təmin etmək üçün hərbi qüvvələrdən istifadəni qadağan edən 1878-ci il "Posse Comitatus Aktı"nı pozduğuna qərar verib. Breyer administrasiyaya hal-hazırda Kaliforniyada yerləşən Milli Qvardiyadan istifadə etməyi qadağan edib.

Kaliforniya qubernatoru Qevin Nyusom qərara cavab olaraq məhkəmənin demokratiya və konstitusiyanın tərəfində olduğunu söyləyib. O əlavə edib ki, heç bir prezident, hətta Tramp da kral deyil və buna görə də dövlətin öz xalqını qorumaq səlahiyyətini tapdalaya bilməz.

Xatırladaq ki, iyunun 8-də Tramp Los-Ancelesdəki etirazları dağıtmaq üçün 2000 Milli Qvardiya əsgərinin ərazidə yerləşdirilməsi haqqında memorandum imzalayıb.

Seçilən
89
publika.az

1Mənbələr