Ötən gün PSJ-dən 30 milyon avroya “Mançester Siti”yə keçən Cianluici Donnarumma ilə bağlı maraqlı iddia yayılıb.
Publika.az xəbər verir ki, o, İngiltərə klubuna keçməzdən əvvəl “Real”a da təklif olunub. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Lakin “Los Blankos”un prezidenti Florentino Peres bu transferə qarşı çıxıb. O, komandadakı qapıçı sayının kifayət qədər olduğunu hesab edib.
Qeyd edək ki, Donnarumma PSJ ilə dörd Liqa 1 titulu, iki Fransa Kuboku və həmçinin Çempionlar Liqasını qazanıb.