ain.az bildirir, Oxu.az portalına istinadən.
ABŞ-nin "OpenAI" şirkəti tərəfindən hazırlanmış "ChatGPT" çatbotunda nasazlıq yaranıb və bir sıra ölkələrdə müşahidə olunub.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bunu məşhur internet resurslarının işinə nəzarət edən "Downdetector" portalının məlumatları sübut edir.
Məlumata görə, ən çox şikayət Niderlanddan olan istifadəçilərdən (2.7 mindən çox) daxil olub. İstifadəçilərin 82%-i "ChatGPT"nin işində fasilələr olduğunu, 15%-i saytın işləməsində problem yarandığını, digər 3%-i isə proqrama daxil olmaqda çətinlik çəkdiklərini bildiriblər.
Çatbotun işində nasazlıqlar, həmçinin Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ, Yaponiya və bir sıra digər ölkələrdə də qeydə alınıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.