BAKI, 3 sentyabr. TELEQRAF
Zəngilanın yaşayış məhəlləsində mühəndis sistemləri və transformator binası inşa ediləcək.
Teleqraf xəbər verir ki, bununla bağlı Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti müsabiqə elan edib.
Müsabiqənin qalibi olacaq şirkətə 1 milyon 280 min 708 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi sentyabrın 26-na təyin olunub.