Azərbaycan Cüdo Federasiyası (ACF) gənc oğlanlardan ibarət milli komandanın Avropa Kubokunda iştirak üçün Şimali Makedoniyaya səfəri ərəfəsində yığma üzvləri Tuncay Şamil və Aslan Kotsoyev arasında baş vermiş insidentlə bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, hər iki idmançı yarışdan kənarlaşdırılıb və məsələ qurumun Nizam-İntizam Komitəsində araşdırılıb.
Nizam-İntizam Komitəsi idmançılarla görüşlər keçirib, onların yazılı izahatlarını və mövcud faktları (səs yazılarını) nəzərdən keçirib. Eyni zamanda idmançıların indiyə qədər nümayiş etdirdikləri davranışları və aldıqları cəzaları, həmçinin milli komanda rəhbərliyinin təkliflərini qiymətləndirib.
Komitə Tuncay Şamilin Beynəlxalq Cüdo Federasiyasının Etik Kodeksinə, ACF-nin Etika Məcəlləsinə və ümumilikdə cüdo dəyərlərinə zidd hərəkətləri səbəbindən yığmanın tərkibindən müddətsiz uzaqlaşdırılması, milli komandanın tərkibində beynəlxalq yarış və təlim-məşq toplanışlarında iştirakına qadağa qoyulması barədə qərar verib.
Qeyd edək ki, bundan əvvəl də Tuncay Şamil dəfələrlə daxili qaydaları pozub, beynəlxalq və yerli yarışlardan kənarlaşdırılıb.
Cüdo üzrə Liqa yarışının III turu start götürüb - FOTO
Cüdoçularımız dünya çempionatını iki medalla başa vurublar
Cüdo üzrə Liqa yarışının III turu başa çatıb - FOTO
Dünya çempionatı: Azərbaycan cüdoçuları üçüncü günü medalsız başa vurublar
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş cüdo çempionatına yekun vurulub - FOTO