AZ

Dövlət Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək

Bakı. Trend:

“QHT-lərə Dövlət Dəstəyi Agentliyi Nizamnamə məqsədlərindənirəli gələrək dövlət-özəl və qeyri-hökumət təşkilatları arasındaüçtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafı və təşviqinə çalışır.Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi BP iləəməkdaşlıq çərçivəsində birgə qrant müsabiqələri elan edəcək. Bu,özəl tərəfdaşla birgə elan etdiyimiz ilk qrantmüsabiqələridir”.

Trend xəbərverir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyininictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlamaverib.

Ü.Qarayeva deyib ki, 4 spesifik mövzu istiqaməti olacaq.QHT-lərin layihə təklifləri üçün 2025-ci il sentyabr 22-dənoktyabrın 22-dək Agentliyin elektron xidmətlər portalında e-ərizəbölməsi aktiv olacaq. Qrant məbləğlərinin yuxarı həddi kiçik qrantüzrə 15 min, orta qrant üzrə 30 min, böyük qrant üzrə 50 minmanatdır. QHT geniş seçim imkanına malikdir, layihə təklifininkiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəstmüəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələrtəqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki,Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrantmüsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər.QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, ortavə böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsitövsiyə edilir.

Agentik təmsilçisi onu da deyib ki, QHT-lərə Dövlət DəstəyiAgentliyi Azərbaycan QHT-lərinin inkişafı, ölçüləbilən nəticələrləonların fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsi üçün dəstəktədbirlərini genişləndirməkdə davam edəcək. Yaxın günlərdəÖzbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarınınDəstəklənməsi üzrə İctimai Fondu ilə əməkdaşlıq çərçivəsindəÖzbəkistanla birgə qrant müsabiqəsi də elan olunacaq.

Seçilən
30
14
az.trend.az

10Mənbələr