AZ

Kim Çen Çində - Şimali Koreya lideri ilk dəfə xaricdə izdihamlı tədbirə qatılıb

Şimali Koreya lideri Kim Çen In çoxtərəfli, beynəlxalq diplomatik tədbirə ilk dəfə qatılıb. O, bu tarixi addımı Çində hərbi paradda iştirak etməklə atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kim Çen dünən paytaxt Pekindəki Tiananmen meydanında keçirilən hərbi paradda iştirak etmək üçün xüsusi zirehli qatarla Pxenyandan Çinə gəlib.

Çin dövlət mediasının paylaşdığı video və fotolarda Şimali Koreya liderinin Çin prezidenti Si Cinpin və Rusiya lideri Putinlə birgə parada getdiyi görünür. O, Rusiya prezidenti Vladimir Putindən sonra podiuma addımlayan ikinci ölkə başçısı olub: "Bu, Şimali Koreyada Kim ailəsinin üçüncü nəslinin üzvü olan Kim Çen In ilk dəfə çoxtərəfli, beynəlxalq diplomatik tədbirə qatılmasıdır. Yada salaq ki, o, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclaslarına qatılmayıb".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
122
1
mia.az

2Mənbələr