AZ

Azərbaycan və AİB arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə edilib

Bakı. Trend:

Azərbaycan və Asiya İnkişaf Bankının (AİB) arasındaiqtisadiyyatın bir sıra sahələri üzrə tərəfdaşlığın daha dadərinləşdirilməsi məsələləri müzakirə edilib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, Azərbaycan Respublikasının maliyyə naziri Sahil BabayevAsiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycanıtəmsil edən İcraçı direktor xanım Reyçl Tompsonun rəhbərlik etdiyinümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə AİB arasında mövcud əməkdaşlıqdanməmnunluq ifadə olunub, bu əməkdaşlığın kreditlər, qrantlar vətexniki yardım vasitəsilə ölkəmizin sosial-iqtisadi inkişafınaəhəmiyyətli töhfələr verdiyi qeyd edilib.

Görüşdə AİB-nin 2025–2029-cu illər Azərbaycan üzrə ÖlkəTərəfdaşlıq Strategiyası (ÖTS) ilə bağlı məsələlər diqqətmərkəzində olub. Bildirilib ki, strategiya ölkə iqtisadiyyatınınşaxələndirilməsi, dayanıqlılığın gücləndirilməsi və inklüzivartımın təmin edilməsinə yönəlmiş kompleks tədbirləri əhatəedir.

Nazir Sahil Babayev Azərbaycan iqtisadiyyatının dayanıqlıinkişaf və makroiqtisadi sabitlik nümayiş etdirdiyini vurğulayaraq,kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, sənayeistehsalı, logistika və yaşıl enerji sahələrində iqtisadişaxələndirmənin uğurla aparıldığını bildirib. Həmçinin, “Bakışəhəri və Abşeron yarımadasında 2025–2034-cü illər üçün sutəchizatı, tullantı sularının idarə olunması və yağış sularınınaxıdılması sistemlərinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı”çərçivəsində bir sıra layihələrin maliyyələşdirilməsi, BakıMetropoliteni xətlərinin genişləndirilməsi, eləcə də ölkənindəmiryolu infrastrukturunun modernləşməsi istiqamətində AİB-nindəstəyini qeyd edib.

Öz növbəsində xanım Reyçl Tompson Azərbaycan ilə AİB arasındaəməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və qarşıdakıdövrdə bu tərəfdaşlığın daha da dərinləşdiriləcəyinə əminliyiniifadə edib.

Məqalədə:
Seçilən
133
10
az.trend.az

10Mənbələr