Bakı. Trend:
Süni intellekt (AI) ilə işləyən məşhur çat-bot “ChatGPT” genişmiqyaslı nasazlıqla üzləşib. Dünyanın müxtəlif yerlərindən çoxsaylıistifadəçilər çat-bota sorğularına cavab ala bilmədiklərinibildirir. Problemlər bu gün (3 sentyabr) , səhər saat 10:45radələrində başlayıb.
Trend bu barədəxarici KİV-ə istinadən məlumat verir.
“Downdetector” monitorinq xidmətinin məlumatlarına görə,nasazlıqlarla bağlı şikayətlərin sayı son 24 saat ərzində pikhəddinə çatıb və mesajların sayı 1900-ü keçib. Bununla belə, bəziistifadəçilər üçün funksionallıq qorunub saxlanılıb və xidmətnormal rejimdə işləyir.
Ən çox şikayət Niderland, ABŞ və Almaniyadan daxil olub.Problemlərin böyük əksəriyyəti (təxminən 96%) çat-botunveb-versiyası ilə bağlıdır, istifadəçilərin yalnız 4%-i mobiltətbiqdə nasazlıqlarla üzləşib.
ChatGPT-nin tərtibatçısı olan “OpenAI” şirkəti nasazlıqlarınmövcudluğunu təsdiqləyib və onların səbəblərinin aradanqaldırılması üzərində aktiv şəkildə işlədiklərini bildirib.