AZ

İzmirdə IV Türkiyə-Azərbaycan Enerji Forumu keçiriləcək

Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində IV Türkiyə-Azərbaycan Enerji Forumu keçiriləcək.

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Forum Türkiyə və Azərbaycanın dövlət və özəl sektorlarının nümayəndələrinin iştirakı ilə yaradılan altı işçi qrupu çərçivəsində fəaliyyət göstərəcək.

Forumda “Karbohidrogenlər və neft-kimya”, “Bərpa olunan enerji mənbələri”, “Elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi”, “Tənzimləmə”, “Enerji səmərəliliyi” və “Mədən sənayesi” işçi qruplarının fəaliyyəti nəzərdən keçiriləcək.

Forum çərçivəsində Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Azərbaycanın energetika naziri Pərviz Şahbazov enerji sektorunda əməkdaşlığın inkişafını nəzərdə tutan protokol imzalayacaqlar. Bu protokol çərçivəsində tərəflər enerji sektorunda fəaliyyət göstərən qlobal və regional təşkilat və qurumlarda əməkdaşlıq və koordinasiyanı gücləndirmək və saxlamaq barədə razılığa gələcəklər.

Seçilən
96
9
vergiler.az

10Mənbələr