Suriyada druzların yaşadığı Es-Suveydada mülki əhaliyə qarşı cinayətlər törətməkdə şübhəli bilinən müdafiə və daxili işlər nazirliklərinin əməkdaşlarını saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Suriya iyulun 31-də baş vermiş hadisələri araşdırmaq üçün komitə təyin edib. Komitənin nümayəndəsi Ammar İzzəddin bildirib ki, daxili işlər və müdafiə nazirliklərinin əməkdaşları sorğu-sual edilib və ədalət məhkəməsinə təhvil verilib.
A.İzzəddin saxlanılanların sayını açıqlamayıb.
Xatırladaq ki, Es-Suveydada druz qruplaşmaları ilə bədəvi qəbilələri arasında toqquşmalar zamanı yüzlərlə insan öldürülüb. Bu toqquşmalar bölgəyə Suriya qoşunlarının göndərilməsindən sonra güclənib.