AZ

Gigiyena və Epidemiologiya Mərkəzi dezinfeksiya və deratizasiya işlərini təşkil edir

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Yoluxucu xəstəlik riski olan ərazilərdə ciddi sanitariya tədbirləri aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş hüquqşünası Kamil Dəmirli bildirib.

O qeyd edib ki, Gigiyena və Epidemiologiya Mərkəzi epidemiya təhlükəsi olan ərazilərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərini təşkil edir və bu proseslər dövlət sanitariya nəzarəti altında həyata keçirilir.

Dəmirli əlavə edib ki, yaşayış binalarının zirzəmiləri və digər ərazilərdə epidemiya və infeksiya riski olmadıqda bu işlər müvafiq lisenziyaya malik fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.

“Vətəndaşlar bu məsələlərlə bağlı Mənzil-Kommunal və Texniki Xidmət Sahələrinə müraciət edə bilərlər. Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığını qorumaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə bu tədbirləri davam etdirir”, — deyə o bildirib.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
bakivaxti.az

1Mənbələr