Xırdalan şəhərində yerləşən "Nübar" kafesində müştəridən alınan hesab kartdan, karta atılaraq həyata keçirilir.
Paytaxt.org bildirir ki, bu barədə kafenin müştərilərindən biri sayta məlumat verib.
Məsələ ilə bağlı əməkdaşlarımız adıçəkilən kafedə monitorinq keçirib. Və, müştəri qismində yemək yeyib hesabı isə kafenin pos-terminalı olmadığı üçün ödəniş katla həyata keçirilməsini bizə bildirdilər. Və, əməkdaşlarımız hesabı kartla ödəniş edib qəbizi əldə ediblər.
Qeyd edək ki, prezidentin müvafiq sərəncamından irəli gələn qanuna əsasən, kartdan, karta aparılan əməliyyatlar qanunsuz olduğu üçün yüksək məbləğdə cərimələr tətbiq olunmalıdır.
İnanırıq ki, İqtisadi İnkişaf Nazirliyinin Regional Vergi İdarəsi "Nübar" kafesində baş verən qanunzuzluqla bağlı apardığımız araşdırmanı dərhal nəzarətə alıb, qanuni ölçü götürəcək.
Onuda bildirək ki araşdırmamız nəticəsində oda məlum oldu ki, "Nübar" kafesində çalışanların bir çoxu əmək müqaviləsi olmadan çalışır və Xırdalanda mərkəzi yolun qırağında, müştərisi çox olan bu məkan açıq şəkildə vergidən yayınır eləcə müştərilərdən alınan hesabları kartdan, karta köçürmələr edərək qanunu pozmaqdadır.
Bildirək ki kafenin sahibi Həsən bəyə zəng edib baş verən qanunsuzluqla bağlı münasibət öyrənmək istədik. Həsən bəy baş verənləri təstiq etsə də heç bir açıqlama verə bilməyəcəyini dedi.
Mövzu diqqətimizdədir.