Demokrat.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.
Ü.Qarayeva deyib ki, müsabiqələr 4 spesifik mövzunu əhatə edəcək: “QHT-lərin layihə təklifləri üçün sentyabrın 22-dən oktyabrın 22-dək Agentliyin elektron xidmətlər portalında e-ərizə bölməsi aktiv olacaq. Qrant məbləğlərinin yuxarı həddi kiçik qrant üzrə 15 min, orta qrant üzrə 30 min, böyük qrant üzrə 50 min manatdır. QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi tövsiyə edilir”.
10Mənbələr
-
avtosfer.azQHT Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək ( 20978164)
-
olaylar.azQHT Agentliyi özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək ( 20976466)
-
xezernews.azQHT-lərə Dövlət Dəstəyi Agentliyi BP ilə birgə qrant müsabiqəsi elan edəcək ( 20975731)
-
azertag.azQHT-lərə Dövlət Dəstəyi Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək ( 20973082)
-
demokrat.azQHT-lərə Dövlət Dəstəyi Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək ( 20972908)
-
qht.azQHT-lərə Dövlət Dəstəyi Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək ( 20972479)
-
modern.azQHT Agentliyi ilk dəfə özəl tərəfdaşla qrant müsabiqəsi ELAN EDƏCƏK ( 20972170)
-
missiya.azDövlət Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək ( 20971612)
-
newscenter.azDövlət Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək ( 20971447)
-
apa.azQHT Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək ( 20971090)