AZ

Husilər Təl-Əvivэ iki ballistik raket atıb

Husilər Təl-Əvivэ iki ballistik raket atıb

Husilərin təşkil etdiyi silahlı qüvvələr iki ballistik raketlə Təl-Əvivdəki hədəflərə uğurlu zərbə endirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qiyamçıların hərbi sözçüsü Yəhya Sariya bildirib.

"Al Masirah" telekanalında çıxış edən Sariya deyib: "Yəmən silahlı qüvvələrinin raket qüvvələri iki ballistik raketdən istifadə etməklə işğal olunmuş Yaffa bölgəsində (Tel-Əviv-red.) İsrail düşməninin həssas hədəflərinə hücum edərək unikal hərbi əməliyyat keçirib".

O, zərbələrdə qiyamçıların ikinci dəfə istifadə etdiyi çoxsaylı döyüş başlığına malik “Fələstin-2” adlı yeni hipersəsli ballistik raketdən və “Zülfikar” tipli ballistik raketdən istifadə edildiyini bildirib. Sarianın sözlərinə görə, əməliyyat məqsədlərinə uğurla nail olub, israilliləri sığınacaqlara sığınmağa məcbur edib və Ben Qurion hava limanında əməliyyatları dayandırıb.

Seçilən
103
afn.az

1Mənbələr