AZ

İndoneziyada yüzlərlə qadın etiraz aksiyası keçirib

Ajans.az BBC-ə istinadən xəbər verir ki,etirazlar ikinci həftəyə qədər davam edib və əsasən yaşayış qiymətləri, deputatlar üçün lüks güzəştlər və polis zorakılığı məsələlərinə fokuslanıb. Gənc motosiklet taksi sürücüsü Affan Kurniawanın polis maşını tərəfindən vurularaq öldürülməsindən sonra nümayişlər güclənib. Bunun fonunda Prezident Prabowo Subianto Çinə səfərini ləğv edəcəyini elan edib, lakin çərşənbə günü Xi Jinping və Vladimir Putinlə qrup şəklində görünüb. İndoneziya Qadınlar Alyansı (IWA) bildirib ki, süpürgələr onların “dövlətin, militarizmin və polis repressiyasının çirkini süpürmək” istəklərini simvolizə edir. Etirazçılar həmçinin “polisdə islahat edin” yazılmış lövhələr qaldırıblar. Birləşmiş Millətlər Təşkilatı və Amnesty International nümayişlərlə bağlı insan hüquqlarının qorunmasına çağırıb. İndoneziya Hüquqi Yardım Fondu bildirib ki, avqustun sonunda nümayişlər zamanı ən azı 10 nəfər ölüb, 1042 nəfər isə xəstəxanalara aparılıb. Ekspertlər qeyd edir ki, etirazların əsas məqsədi sadəcə güzəştlər deyil, həm də idarəetmədə şəffaflıq, bərabərlik və insan mərkəzli siyasətə nail olmaqdır.

 

Seçilən
106
Ajans.az

1Mənbələr