AZ

“Nəsimi dastanı” baleti Nəsimi festivalında yeni quruluşda təqdim olunacaq (VİDEO)

Bakı. Trend:

Sentyabrın 23-dən 25-dək Bakı və Şamaxıda keçiriləcək III Nəsimi- şeir, mənəviyyat və incəsənət festivalı bir sıra özəlliklərlə dəyadda qalacaq.

Trend xəbərverir ki, orta əsr Şərqinin ən böyük şairlərindən biri olanİmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsinin elmimüzakirələr, müxtəlif mədəni-bədii layihələr vasitəsilə qeydolunacağı festival həm də tamaşa və balet premyeraları ilə dətamaşaçıları sevindirəcək.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığıbaş tutacaq tədbir çərçivəsində keçiriləcək belə premyeralardanbiri “Nəsimi dastanı” baletidir.

Festivalda dahi bəstəkar Fikrət Əmirovun ölməz əsəri yeniquruluşda təqdim olunacaq. Tanınmış balet artisti, teatr rejissoruvə prodüser Andris Liepanın rejissorluğu ilə səhnələşdirilən“Nəsimi dastanı” baleti Azərbaycan Dövlət Akademik Opera və BaletTeatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasınınifasında nümayiş olunacaq. Baletin quruluşçu xoreoqrafı müxtəlifölkələrdə fərqli truppalarla çalışmış Patrik De Banadır.

Hazırda yeni təqdimat üzrə məşqlər gedir.

“Nəsimi dastanı” baletinin təqdimatı Şamaxıdakı Nəsimi BağlarıKompleksində Nəsimi abidəsinin önündə təşkil ediləcək.

Xatırladaq ki, Fikrət Əmirovun Nəsimiyə həsr etdiyi “Nəsimidastanı” 1973-cü ildə yazılıb. Librettonun müəllifi yazıçı Anardır.Balet ilk dəfə 23 sentyabr 1973-cü ildə nümayiş olunub. Bu əsərtamaşaçıların böyük rəğbətini qazanıb və premyeradan bir qədərsonra, 1974-cü ildə Respublika Dövlət Mükafatına layiq görülüb.

Seçilən
47
8
az.trend.az

10Mənbələr