AZ

Xoşbəxtlik formulu: gündə cəmi 7 dəqiqə ilə həyatını yaxşıya doğru dəyiş

Xoşbəxtlik

Hər birimiz xoşbəxtliyi axtarırıq. Çox vaxt elə bilirik ki, bunun üçün böyük dəyişikliklər lazımdır — yeni iş, yeni şəhər, ideal münasibətlər. Amma əslində xoşbəxtlik bəzən çox sadə addımlarda gizlənir. Onları həyata keçirmək üçün cəmi bir neçə dəqiqə kifayətdir.Alena Bor’yesson, emosional intellekt üzrə tədqiqatçı və kouç, xoşbəxtliyin təsadüf deyil, öyrənilə bilən bir bacarıq olduğunu deyir. Dalay-Lamanın və arxiyepiskop Desmond Tutunun həyat yolları bunu sübut edir: bütün çətinliklərə baxmayaraq, onlar daxillərində işıq və sevinci qoruyub saxlaya biliblər.🔸 Sadə sual, böyük təsirSevdiyiniz insana adi “necəsən?” əvəzinə, “bu gün sənin üçün xoş nə baş verdi?” deyin. Bu, yaxınlıq yaradır və səmimiyyəti gücləndirir.🔸 Kiçik minnətdarlıq gündəliyiQəlbinizi oxşayan xırda şeyləri yazın: səhər çörəyinin qoxusu, günəşin istiliyi, yad birinin təbəssümü. Beyin xoşu axtarmağa öyrəşir, həyat daha dolu görünür.🔸 Kiçik yaxşılıqlarKimsəyə yer vermək, dostunuza kiçik dəstək mesajı atmaq, həmkarınızı qəhvə ilə sevindirmək… Bu “boomerang effekti” ilə sizə daha çox sevinc qaytarır.🔸 Ekrandan gələn ilhamQısa təbiət videosu da beyni sakitləşdirir, sanki canlı mənzərə qarşısında dayanmış kimi. Stress azalır, ruh yüksəlir.🔸 Çətinliklərdən güc almaqÖzünüzə sual verin: “Bu vəziyyət mənə nə öyrətdi?” — dərsləri görəndə, çətinlik yük olmur, resursa çevrilir.Xoşbəxtlik🔸 Dəyərləri kompas etməkƏn əsas dəyərlərinizi yazın və həyatınızın onlara uyğun olub-olmadığını yoxlayın. Dəyərlərlə uyğun yaşamaq daxili güc və sakitlik bəxş edir.🔸 Ruhu bəsləyən səsMusiqi, meditasiya və ya xoş bir podkast — bunlar ruhu işıqlandırır. Dinlədikdən sonra özünüzdən soruşun: “Mən bu işığı başqalarının həyatına necə gətirə bilərəm?”Əsl güc sadəlikdədir. Bu kiçik rituallar nə böyük hazırlıq, nə də xərclər tələb edir. Amma onları həyatınıza qatanda hər gün bir az daha parlaq, dərin və mənalı olur.Ulusum.az

Diqqət Çəkənlər

Tramp: Tarixdə heç kim mənim etdiyimi etməyib

Kağız üzərində emosiyalar – psixoloqdan maraqlı məsləhət

Trampın ruhani məsləhətçisi nigaranlıq dolu müraciətlə çıxış etdi

Seçilən
65
ulusum.az

1Mənbələr