AZ

Ötən ay dəmiryolu ilə sərnişindaşımaları 12 faiz artıb

BAKI, 3 sentyabr. TELEQRAF

"AZCON Holding" şirkətlərindən Azərbaycan Dəmir Yolları QSC avqust ayında ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 734 218 nəfər sərnişin daşıyıb.

Teleqraf xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 12 faiz artım deməkdir.

Yanvar-avqust aylarında sərnişindaşıma göstəricisi isə keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyib.

Seçilən
36
teleqraf.com

1Mənbələr