ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Agentlik yazır ki, iyulun 31-də Əs-Suveyda əyalətində yaşanan qanlı hadisələri araşdırmaq üçün Dəməşqdə komitə yaradılıb. “Daxili İşlər və Müdafiə nazirliklərinin məsul şəxsləri qanun pozuntularında şübhəli bilinərək dindirilib və məhkəməyə gətirilib”, - komitənin sözçüsü Əmmar İzzəddin deyib.
Əhməd Əl-Şaraa: “Savaşa hazırıq” | VİDEO
Saxlanılanların sayını açıqlamayan İzzəddin, yalnız onların təkbaşına hərəkət edən Suriya vətəndaşları olduğunu bildirib. Komitə nümayəndəsi həmçinin qeyd edib ki, şübhəlilərə qanunsuz hərəkətlərinin videoyazıları göstərilib, lakin bu pozuntuların təfərrüatları açıqlanmayıb. Xatırladaq ki, Əs-Suveydada druz qrupları ilə bədəvi qəbilələri arasında baş verən toqquşmalar nəticəsində yüzlərlə insan həlak olub. Suriya qoşunlarının bölgəyə yeridilməsindən sonra isə münaqişə daha da genişlənib. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.