Pekinin 30 günə qədər vizasız rejim tətbiq etməsindən sonra Rusiya Çindən rusların bu ölkəyə giriş şərtlərinə aydınlıq gətirməsini istəyib.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
“Qeyd olunan qərar çərçivəsində rusların Çinə girişi və qalma şərtləri ilə bağlı çinli tərəfdaşlardan əlavə dəqiqləşdirmələr tələb olunub”, - deyə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Moskva bütün məlumatları aldıqdan sonra Xarici İşlər Nazirliyinin saytında dərc olunacaq.
Beynəlxalq Turizm üzrə Turoperatorlar Assosiasiyasının vitse-prezidenti Artur Muradyan qeyd edib ki, Rusiya vətəndaşları üçün Çinə vizaların ləğvi turizmin inkişafı üçün stimullaşdırıcı amilə çevriləcək.