AZ

Ötən ay dəmiryolu ilə sərnişindaşımalar artıb

"AZCON Holding" şirkətlərindən Azərbaycan Dəmir Yolları QSC avqust ayında ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 734 218 nəfər sərnişin daşıyıb.Metbuat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Məlumata görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 12 faiz artıb.

Yanvar-avqust aylarında isə ümumilikdə 6 milyon 212 min 865 sərnişin daşınıb ki, bu da 2024-cü ilin müvafiq dövrünün nəticələrinə nisbətən 20% artım deməkdir.

Seçilən
2
metbuat.az

1Mənbələr