ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az xəbər verir ki, Polşanın Xarici İşlər naziri Radoslav Sikorski belə açıqlama səsləndirib. “Təkcə dünyanın 20 ən böyük iqtisadiyyatından biri kimi yox, həm də siyasi və intellektual arqument təqdim edən ölkə kimi bizim buna haqqımız çatır”, - Polşa XİN-in rəhbəri deyib. Sikroskinin sözlərinə görə, Mayamidə danışıqlar zamanı bu məsələni ABŞ-nin Dövlət katibi Marko Rubio ilə müzakirə edib və əmindir ki, Polşanın G20-yə qoşulmaq üçün tutarlı əsasları var. Maraqldır ki, elə həmin gün Polşanın baş naziri Donald Tusk ölkəsinin ÜDM-i 1 trilyon dollardan çox olan ilk iyirmi ölkə sırasına daxil olduğunu və bununla da “trilyonçu dövlətə” çevrildiyini açıqlamışdı. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına əsasən, 2025-ci ildə Polşanın ÜDM-i təxminən 980 milyard dollar səviyyəsində qiymətləndirilir. Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.