AZ

Premyer Liqa klubu doğma meydan üçün gün sayır – FOTO 

“Karvan-Yevlax” Premyer Liqada növbəti ev oyununu doğma meydanda keçirməyə hazırlaşır. Yevlax şəhər stadionunda davam edən təmir-bərpa işləri davam edir.

Artıq işlərin böyük hissəsi yekunlaşıb. Meydançaya süni örtük sərilib. Arenada mətbuat konfransı zalı və media sektor da yaxın günlərdə hazır olacaq. 

Stadionda “CBC Sport”un çəkilişi üçün də hər cür imkan yaradılır. Rəhbərlik komandanın növbəti ev oyunu olan “İmişli” görüşünü Yevlaxda keçirmək istəyir. 

Xatırladaq ki, “Karvan-Yevlax” – “İmişli” matçının tarixi hələ açıqlanmayıb.

İdmanxeber.az

Seçilən
21
idmanxeber.az

1Mənbələr