AZ

Azercell Naxtel abunəçilərinə xüsusi kampaniya təklif edəcək

Apa.az saytına istinadən ain.az xəbər verir.

“Naxtel” MMC-nin abunəçiləri 01 oktyabr – 01 dekabr 2025-ci il tarixlərində “Azercell Telekom” MMC-nin Naxçıvan Muxtar Respublikasında, eləcə də Bakı şəhəri və Gəncə şəhərində fəaliyyət göstərən xüsusi xidmət mərkəzlərinə müraciət edib mövcud nömrələrini öz adlarında saxlayaraq Azercell şəbəkəsinə keçid edə bilərlər.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq "Azercell"dən bildirilib.

Qeyd edilib ki, keçid edən abunəçilər Azercell-in təqdim etdiyi istənilən tarifə qoşulmaqla yanaşı, yalnız “Naxtel” MMC-nin abunəçilərinə təklif edilən xüsusi kampaniyadan da yararlana bilərlər.

Kampaniya çərçivəsində “DigiMax” tarif paketləri üzrə təqdim edilən üstünlüklər:

DigiMax 3GB – ilk paket və 1 yenilənmə pulsuz, sonrakı 22 yenilənmə 20% endirimlə

DigiMax 5GB – ilk paket pulsuz, sonrakı 11 yenilənmə 20% endirimlə

DigiMax 10GB – ilk paket pulsuz, sonrakı 11 yenilənmə 20% endirimlə

DigiMax 25GB – ilk paket pulsuz, sonrakı 11 yenilənmə 20% endirimlə

Bu üstünlüklərdən ümumilikdə 12 ay müddətində faydalanmaq mümkündür.

Xidmət mərkəzlərinin ünvanları və ətraflı məlumatla növbəti link vasitəsilə tanış olmaq olar.

Qeyd edilib ki, “Azercell Telekom” MMC 1997-ci ildən etibarən ölkəmizdə telekommunikasiya xidmətləri təqdim edir və müvafiq bölgədə müştəri xidmətləri, eləcə də geniş diler şəbəkəsi vasitəsilə abunəçilərə xidmət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
3
apa.az

4Mənbələr