Sabah Özbəkistanın Səmərqənd şəhərində şahmat üzrə “Grand Swiss 2025” beynəlxalq turnirinə start veriləcək.
Apasport.az xəbər verir ki, ölkəmizi mötəbər yarışda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edəcək.
Sentyabrın 15-dək davam edəcək “Grand Swiss 2025” İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.
Yekun nəticəyə əsasən 2 kişi və 2 qadın olmaqla dörd ən güclü şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 855 000 ABŞ dollarıdır.
Azərbaycan çempionatının qalib və mükafatçıları üçün master-klass
Balakəndə Respublika Şahmat Olimpiadası keçirilib - FOTO
“Ganja Open 2025”in mükafat fondu açıqlanıb
"Chess Tour Azerbaijan"da iştirak edən şahmatçıların sayı açıqlanıb
Azərbaycan şahmatçıları "Fujairah Global 2025"də