Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2025-ci ilin avqust ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.
“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin avqustunda 833.9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə (2024-ci il avqust – 422.5 milyon ABŞ dolları) 2025-ci ilin avqust ayında ixrac olunan məhsulların dəyəri təxminən iki dəfə artıb.
Beləliklə, cari ilin əvvəlindən indiyə qədər (səkkiz ay) Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumilikdə 5.4 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib.