“Mançester Yunayted” Emiliano Martinesin transferindən imtina edib.
İdmanxeber.az xəbər verir ki, klub argentinalı qapıçının yaşı (33) və yüksək – illik 12 milyon avro məvacibinə görə bu addımı atıb.
Qeyd edək ki, “qırmızı şeytanlar” bunun əvəzində 23 yaşlı Senne Lammensi “Antverpen”dən transfer edib. Martines isə 2020-ci ildən “Aston Villa”nın formasını geyinir.