AzVision.az xəbər verir ki, “The Telegraph” nəşri belə məlumat yayıb. Qəzet “Sayari” şirkətinin tərtib etdiyi qlobal ticarət məlumatlarının təhlilinə əsasən, bu daşınmaların dəyərinin demək olar ki, dörddə biri - 12,5 milyon avro - Alabuqa şəhərindəki xüsusi iqtisadi zonada fəaliyyət göstərən İranın “Şahed” kamikadze təyyarələrinin istehsalı ilə əlaqəli Rusiya şirkətlərinə getdiyini yazır.
“Çinin Rusiyaya ixrac etdiyi mallara təyyarə mühərrikləri, mikroçiplər, metal ərintiləri, kamera linzaları, fiberglas, fiberglas bağlayıcılar və karbon lifli filamentlər daxildir. Bunlar hər gecə Ukraynada dağıntılar törədən dronların istehsalı üçün əsas komponentlərdir”,- materialda deyilir.
Ümumilikdə Çinin 97 tədarükçüsünü aşkarlayan nəşrin iddiasına görə, Rusiyanın müdaxiləsi ilə bağlı Çin üzdə neytrallığını qoruyub-saxlasa da, onun dron hissələrinin tədarükü Pekin və Moskva arasında sıx hərbi əməkdaşlıqdan xəbər verir.
Döyüş meydanında bunu Ukrayna hərbçilərinin mütəmadi olaraq Çin hissələrinin olduğu vurulmuş Rusiya texnikasını tapması da təsdiqləyir.
Nəşr vurğulayır ki, hərbi texnika və ya qoşun tədarükü ilə Şimali Koreya kimi Ukrayna müharibəsində birbaşa iştirak etmək Çinin strateji maraqları üçün çox risklidir. Beləliklə, Pekin 2024-cü ildə 246 milyard avroluq rekord həddə ikitərəfli ticarət dövriyyəsinə gətirib çıxaran Çin şirkətlərinə ikili təyinatlı mallar ixrac etməyə icazə verməklə Moskvanı kənardan dəstəkləyir.
- Çin və Rusiyanın birinin digərinin sağ qalmasında çox mühüm marağı var, bu dəyişməyəcək. Bu, sadə coğrafi reallıqdır. Çünki bu ölkələr 4200 kilomterlik ümumi sərhədə malikdirlər”, - Ekseter Universitetinin Çinin Xarici Siyasəti üzrə mühazirəçisi Andrea Qiselli diqqətə çatdırıb.
“The Telegraf” nəşrinin iddiasına görə, bu yanaşma Pekinə Qərbi Ukraynaya silah və hərbi dəstək verməklə müharibəni qızışdırmaqda ittiham etməyə imkan yaradır.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta