AZ

Suda oynayan qızın ayağını köpəkbalığı qopardı

ABŞ-ın Qalveston şəhərində köpəkbalığı qıza hücum edərək onun ayağını qoparıb.

Publika.az xəbər verir ki, bu barədə KWTX məlumat yayıb.

Səkkiz yaşlı Xarper Oçoa və anası Kristi çimərlikdə istirahət edən zamanı qız dayaz suda oynamağa başlayıb. O, qəfildən ayağından nəyinsə tutduğunu hiss edib. Xarper nə baş verdiyini anlamayıb, sadəcə olaraq o canlını itələyib və anasını köməyə çağırıb.

Anası Xarperi sudan çıxaran zaman onnun baldır nahiyəsindən yaralandığını görüb.

Xəstəxanada deyiblər ki, uşağı köpəkbalığı dişləyib. Xarperin sağalacağı deyilir.

Seçilən
137
publika.az

1Mənbələr