AZ

"Liverpul"un azarkeşi Ginnesin Rekordlar Kitabına düşdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərənin "Liverpul" klubunun azarkeşi Florian Turler Ginnesin Rekordlar Kitabına düşüb.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, fanat buna Mersisayd təmsilçisinin formalarını yığmaqla nail olub.
O, 60 illik yubileyini qeyd etmək üçün futbol meydanında komandanın 1 047 formasını yerləşdirib. Onun kolleksiyasında 1950-ci illərin formaları da var.
Qeyd edək ki, Florian Turler İsveçrə təmsilçisi "Yanq Boyz"un keçmiş hücumçusudur.
Seçilən
102
29
oxu.az

10Mənbələr