AZ

"Fənərbağça" klubunu "Tottenhem"in sabiq baş məşqçisi çalışdıracaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Joze Mourinyo ilə yollarını ayıran "Fənərbağça" klubu "Tottenhem"in sabiq baş məşqçisi ilə danışıqlara başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, İstanbul nəhənginin gündəmində olan mütəxəssislərdən biri Anje Postekoqludur.
Türkiyə klubu avstraliyalı çalışdırıcı ilə danışıqlara başlamağı planlaşdırır. Almaniyanın "Bayer Leverkuzen" klubu da 60 yaşlı məşqçinin xidmətində maraqlıdır.
Qeyd edək ki, Anje Postekoqlunun son iş yeri "Tottenhem" olub. O, London təmsilçisini Avropa Liqasının qalibi edəndən sonra postunu tərk edib.
Seçilən
59
50
oxu.az

10Mənbələr