AFFA-nın keçirdiyi U-15 və U-16 Liqalarında 2025/26 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, tədbir 5 sentyabrda təşkil olunacaq.
AFFA-nın 1-ci mərtəbəsində yerləşən konfrans zalında baş tutacaq püşkatma mərasimi saat 15:00-da başlayacaq.
Qeyd edək ki, ötən mövsüm U-16 liqasının qalibi "Neftçi" olub. U-15 liqasında isə "Sabah" hamıdan güclü olaraq qızıl medallara sahib çıxıb.
Mirağa