AZ

Rusiya nefti Qara dənizə tökülüb

ain.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Ukrayna Hərbi Dəniz qüvvələrinin sözçüsü Dmitri Pletençuk “RBK-Ukrayna” nəşrinə müsahibəsində belə deyib. “Biz də kifayət qədər böyük əraziyə neft və ya neft məhsullarının dağılması faktını təsdiq edə bilərik”, - ukraynalı məmur deyib. Onun sözlərinə görə, sızma, böyük ehtimalla, Qara dənizin Rusiyanın nəzarətində olan şərq sahillərində baş verib. - Çox güman ki, Rusiyanın nəzarəti altında olan bu ərazidə birbaşa üzən gəmilərdən birindən sızma olub. Bu baxımdan, istirahət edənlərə bilavasitə suda siqaret çəkməmək tövsiyyə olunur”, - Pletençuk vurğulayıb. Xatırladaq ki, avqustun 29-da Novorossiysk limanında yerləşən Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalında tankerə yük doldurulması zamanı böyük neft sızması baş verib. O zaman çirklənmə sahəsi onlarla kvadrat kilometr idi. İndi qəzanın miqyası xeyli genişlənib. Çirklənmə Rusiyanın Anapa bölgəsində lokallaşdırılıb və neft ləkələri Kerç boğazının cənubundan keçərək işğal altındakı Krıma doğru irəliləyir. “Krımski Veter” monitorinq kanalının məlumatına görə, çirklənmənin əsas hissəsi Krasnodar diyarının sahillərinə çatıb. Neft ləkəsi sahil xətti boyunca Novorossiyskdən Taman yarımadasına qədər təxminən 100 kilometr uzanıb və təxminən 211 kvadrat kilometr ərazini əhatə edir.

Bundan əlavə, Krım istiqamətində hərəkətini davam etdirən 14 kvadrat kilometrlik sahəyə malik ayrı bir ləkə də qeydə alınıb. Qeyd edək ki, bu, son bir ildə Qara dənizdə baş verən ikinci böyük neft sızıntısıdır. 2024-cü ilin dekabrında Kerç boğazında güclü fırtına mazut daşıyan iki Rusiya tankerinin – “Volqoneft-212” və “Volqoneft-239” qəzaya uğramasına səbəb oldu. Müxtəlif hesablamalara görə, dənizə 2,4-8 min ton arasında yanacaq tökülüb ki, bu da genişmiqyaslı ekoloji fəlakətə səbəb olub. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
azvision.az

1Mənbələr