AZ

Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO İLƏ 50 FAİZƏ YAXIN ARTIM

Bakı Fond Birjası 2025-ci ilin yanvar – avqust ayları üzrə ticarət dövriyyəsi üzrə statistik məlumatları açıqlayıb.

Marja.az BFB-nin Ticarət Dövriyyəsinin Cədvəlinə istinadən xəbər verir ki, 2025-ci ilin 7 ayı ərzində Birjanın ticarət dövriyyəsi 43 milyard 617 milyon 519 min manat həcmində olub, Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyard 42 milyon manat və ya 47,5% çoxdur.

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-avqust ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 29 milyard 575 milyon 296 min manat təşkil etmişdi. 

Ticarət dövriyyəsinin 37 milyard 357 milyon 982 min manatı və ya 85,6%-i repo əməliyyatlarının payına düşüb. 

Seçilən
14
1
marja.az

2Mənbələr