AZ

Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM

Bakı Fond Birjası 2025-ci ilin yanvar – avqust ayları üzrə ticarət dövriyyəsi üzrə statistik məlumatları açıqlayıb.

Marja.az BFB-nin Ticarət Dövriyyəsinin Cədvəlinə istinadən xəbər verir ki, 2025-ci ilin 7 ayı ərzində Birjanın ticarət dövriyyəsi 43 milyard 617 milyon 519 min manat həcmində olub, Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyard 42 milyon manat və ya 47,5% çoxdur.

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-avqust ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 29 milyard 575 milyon 296 min manat təşkil etmişdi. 

2025-ci ilin yanvar – avqust ayları ərzində ticarət dövriyyəsinin 37 milyard 357 milyon 982 min manatı və ya 85,6%-i REPO əməliyyatlarının payına düşüb. REPO əməliyyatları üzrə ticarətin həcmi 20 milyard 209 milyon 738 min manat vıə ya 86,3% artıb. 

Seçilən
0
1
marja.az

2Mənbələr