UEFA Çempionlar Liqasının liqa mərhələsində keçiriləcək “Benfika” (Portuqaliya) – “Qarabağ” oyununun biletləri satışa çıxarılır.
İdmanxeber.az xəbər verir ki, Portuqaliya klubunun rəsmi məlumatına əsasən, biletlər sentyabrın 5-dən əldə oluna biləcək. Qiymətlər 40-60 avro aralığında dəyişir. VİP biletlərlə bağlı isə hələlik açıqlama verilməyib.
Xatırladaq ki, “Qarabağ” turnirin 1-ci turunda “Benfika”nın qonağı olacaq. Görüş sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.