AZ

Natiq Miri: Donald Trampın nə qədər hakimiyyətdə qalacağı qeyri-müəyyəndir...

Tramp Si Tsinpini, Putini və Kim Çen Inı ABŞ-yə qarşı sui-qəsd hazırlamaqda ittiham edib...

Politoloq: “Trampın siyasi strategiyası istər siyasi, istərsə də, iqtisadi yöndə ənənələri pozan və qeyri-standart bir siyasətdir ki, bu da müəyyən silkələnmələr, katoklizmlərlə müşahidə olunur”.

ABŞ-nin “Qlobal Cənub” kimi böyük bazarı itirmək məsələsi o qədər də asan məsələ deyil. Çünki ABŞ-nin özü böyük iqtisadiyyat və ən böyük bazardır”.

Bu sözləri politoloq Natiq Miri Trampın son paylaşımı Poliqon-a şərh edərkən qeyd edib.

Tramp son paylaşımında Si Tsinpini, Putini və Kim Çen Inı ABŞ-yə qarşı sui-qəsd hazırlamaqda ittiham edib. O da məlumdur ki, Trampın başlatdığı ticarət müharibəsi böyük bazarlara və istehsal sahələrinə sahib olan Çin, Hindistan və Braziliya kimi “Qlobal Cənub” ölkələrini biləşdirir.

Trampın başlatdığı ticarət müharibəsi bu böyük bazarları tamamilə ABŞ-nin üzünə bağlaya bilərmi? Eyni zamanda, Trampın siyasi və iqtisadi strategiyası ABŞ-nin gələcəyi üçün nə vəd edir?

Mövzunu Poliqon-nun əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Nə qədər birlik nümayiş etdirmiş olsalar da, yəni Çin, Rusiya, Hindistan, Braziliya kimi dövlətlər birlik nümayişi görüntüsü yaratsalar da, ayrı-ayrılıqda hər biri ABŞ-la ticarət münasibətlərinin qurulmasında maraqlıdır”.

Paralel bu siyasətin özünün ABŞ-a nə qədər fayda gətirəcəyi məsələsinin sona qədər düşünülmədiyini vurğulayan politoloq qeyd edib ki, konkret hansı nəticələr doğuracağı da bəlli deyil:

“Trampın siyasi strategiyası istər siyasi, istərsə də, iqtisadi yöndə ənənələri pozan və qeyri-standart bir siyasətdir ki, bu da müəyyən silkələnmələr, katoklizmlərlə müşahidə olunur. Çünki bilirsiniz ki, bütün bu siyasət ABŞ-i böyük etmək, ancaq ABŞ maraqları siyasətinə, qayəsinə uyğun bir siyasətdir. Təbii ki, bu qarşı tərəfdə narazılıq yatmamış deyil. Bu baxımdan, qlobal səviyyədə bir çox ölkələrin ABŞ-a münasibəti mənfi yöndə dəyişməyə başlayıb.

Bu həm də ABŞ-a olan etimadı sarsıdır. Çünki birdən-birə bütün ənənəvi münasibətlər sistemini pozub, yeni qurulmamış münasibətləri hər kəsə qəbul etdirmək mümkün deyil. Buna görə də, bu cür çalxalanmalar baş verir. Hələlik bu dalğalanmalar ərəfəsində konkret proqnoz vermək çətindir. Çünki bunun nə qədər davamlı olacağı da qeyri-müəyyəndir.

Paralel bu siyasətin özünün ABŞ-a nə qədər fayda gətirəcəyi məsələsi də düşünürəm ki, sona qədər düşünülməyib. Konkret hansı nəticələr doğuracağı da bəlli deyil. Ancaq hər bir halda düşünürəm ki, qeyri-standart və yalnız bir dövlətin maraqlarını nəzərdə tutan siyasət keçərli deyil. Bu ABŞ üçün müəyyən problemlər yaradacaq.

Natiq Miri: “ABŞ kimi böyük bazarı itirmək o qədər də asan deyil. Xüsusilə də, Çin, Hindistan üçün bu asan deyil”.

ABŞ-nin "Qlobal Cənub" kimi böyük bazarı itirmək məsələsi o qədər də asan məsələ deyil. Çünki ABŞ-nin özü böyük iqtisadiyyat və ən böyük bazardır. Böyük bazarı nə qədər birlik nümayiş etdirmiş olsalar da, yəni Çin, Rusiya, Hindistan, Braziliya kimi dövlətlər birlik nümayişi görüntüsü yaratsalar da, ayrı-ayrılıqda hər biri ABŞ-la ticarət münasibətlərinin qurulmasında maraqlıdır.
Çünki ABŞ kimi böyük bazarı itirmək o qədər də asan deyil. Xüsusilə də, Çin, Hindistan üçün bu asan deyil.

Ayrıca o da nəzərə alınmalıdır ki, ABŞ-nin texnoloji əksər mütəxəssisləri ucuz əmək olduğu üçün məhz Çində fəaliyyət göstərir. Təbii ki, bu həmin şirkətlərin daha böyük qazanc əldə etməsi üçün edilir.

Buna görə də, bu iqtisadi müharibə davam etdikcə, prespektivdə bu müəssisələrin tədricən Çindən ABŞ-a geri qayıdışı yeni transformasiyalar ola bilər. Açığı mən bu cür görüntüləri hələlik bir görüntü və çəkindirici məqam kimi düşünürəm. Prespektivdə nə olacaq, bunu indidən proqnozlaşdırmaq çox çətindir. Çünki dünyada, xüsusilə də Donald Tramp hakimiyyətə gələndən sonra qeyri-müəyyənlik böyükdür. Qeyri-müəyyənlik olduğu dövrədə konkret proqnozlar da vermək çətindir. Ayrıca, Donald Trampın özünün hakimiyyətini zaman nöqteyi nəzərdən başa vura biləcəyi də hələ ən böyük suallardan biridir. Donald Trampın nə qədər hakimiyyətdə qalacağı da qeyri-müəyyəndir. Trampın hakimiyyətdən getdiyi və onun olmadığı dövrdə dəyişən ABŞ siyasətinin necə olacağı da qeyri-müəyyəndir. Yəni bu siyasətin davamlılığı da böyük şübhə doğurur. Buna görə də, bu hadisələr hələlik proqnozlaşdırılacaq vəziyyətdə deyil”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
8
50
poliqon.info

10Mənbələr