Fransanın ekoloji keçid, biomüxtəliflik, meşələr, dəniz və balıqçılıq naziri Agnes Pannier-Runacher Parisdə keçirdiyi mətbuat konfransında yay temperaturlarına toxunub. Pannier-Runacher bu ilin 1900-cü ildən bəri qeydə alınan üçüncü ən isti yay olduğunu vurğulayıb.
Avqust ayında ölkənin cənubunda havanın temperaturunun müxtəlif bölgələrdə 40 dərəcəni keçdiyini qeyd edən nazir iki ciddi istilərin yay fəslinə təsir etdiyini diqqətə çatdırıb. O, yaxın illərdə isti dalğalarının daha tez-tez və intensiv olacağı barədə xəbərdarlıq edib.
Pannier-Runacher yayda baş verən yanğınlarda ümumilikdə 30 min hektar ərazinin məhv olduğunu açıqlayıb. O, Aude əyalətinin Ribaute kəndində 11 min hektardan çox meşə sahəsinin yandığını qeyd edib və bu yanğını son 52 ilin ən dəhşətli fəlakətlərindən biri kimi qiymətləndirib.