AZ

Elektrikli avtomobillərdə təhlükə

Son zamanlar elektrikli avtomobillərdə baş verən yanğınların artması avtomobil sahiblərini ciddi narahat edir.

Publika.az xəbər verir ki, türkiyəli mütəxəssis Canan Aksu Canbay elektrikli avtomobillərdə istifadə edilən litium-ion batareyaların yüksək termal qaçma riski daşıdığını bildirib.

Canbay qeyd edib ki, yanğınsöndürən vasitəsilə alovun söndürülməsi mümkündür, lakin akkumulyator hüceyrəsində daxili yanma davam edir: “Səthdə alov görünməsə də, bir neçə gün sonra batareya hüceyrəsində yenidən alovlanma riski yaranır”.

Onun sözlərinə görə, elektrikli avtomobillər ənənəvi daxili yanma mühərriklərindən fərqli olaraq enerjini akkumulyatorlarda saxlayır və mühərrikə ötürür.

Seçilən
13
publika.az

1Mənbələr