AZ

Jerar Depardye yenidən məhkəmə qarşısına çıxacaq

Məşhur fransız aktyoru Jerar Depardye Paris cinayət məhkəməsində təcavüz və cinsi təcavüz ittihamları ilə üzləşəcək. Bu qərarı istintaq hakimi qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Depardyeyə qarşı ittihamları hələ 2018-ci ildə aktrisa Şarlott Arnu irəli sürüb - o zaman onun 22 yaşı olub. Onun iddiasına görə, 2018-ci ilin avqustunda atasının dostu olan Depardye onu Parisdəki evində iki dəfə zorlayıb. Arnu polisə müraciət etsə də, istintaq məhkəməyə çıxarılmamış qalıb.

2020-ci ildə Arnu yeni şikayət təqdim edib. O vaxtdan bəri Depardye istintaq altındadır. 2024-cü ildə Paris prokurorluğu işin məhkəmə icraatına verilməsini tələb edib.

Jerar Depardye ittihamları rədd edir və aktrisa ilə münasibətlərinin qarşılıqlı razılıq əsasında olduğunu bildirir. Lakin Paris prokuroru iş üzrə "ciddi və təsdiqlənmiş sübutların" mövcud olduğunu açıqlayıb. Əgər Depardye günahkar bilinərsə, ona 20 ilədək həbs cəzası verilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr