AZ

Kiç Çen In Putinlə görüşdən sonra iz qoymayıb | VİDEO

AzVision.az xəbər verir ki, bununla bağlı görüntüləri Kremlin jurnalistlər qrupunun üzvü Aleksandr Yunaşev öz Telegram-kanalında yayıb.

“Onlar Kim Çen Inın su içdiyi stəkanı götürdülər, stulun üzlüyünü və Koreya liderinin toxunduğu mebel hissələrini sildilər”,– jurnalist bildirib.

Yayımlanan görüntülərdə bir qızın qabları götürdüyü, kişinin isə ehtiyatla stul və stolu sildiyi görünür.

Rusiyanın “TASS” agentliyi xəbər verir ki, Vladimir Putinlə Kim Çen In arasında görüş 2,5 saat davam edib. Danışıqlarda xüsusilə, Şimali Koreya lideri rusiyalı həmkarına tam dəstəyini təsdiqləyib.

- Əgər mən sizin və rus xalqı üçün bir şey edə bilərəmsə və etməliyəmsə, bunu öz qardaşlıq borcum sayıram”,- Şimali Koreya lideri deyib.

Putin öz növbəsində Ukrayna ilə müharibədə ruslara kömək üçün Şimali Koreya qoşunlarını göndərdiyinə görə Kim Çen Ina təşəkkürünü bildirib. Rusiya lideri iki ölkə arasında münasibətlərin“xüsusi etimad və dostluq, müttəfiqlik xarakterini”vurğulayaraq, həmsöhbətini Moskvaya səfərə dəvət edib.

Rusiyanın “Alfa” beynəlxalq assosiasiyasının fəxri prezidenti Sergey Qonçarov “SHOT” telekanalına açıqlamasında deyib ki, bu, dünyada xüsusi xidmət orqanlarının öz ölkəsinin liderinin bütün izlərini “təmizləmək” yanaşmasından istifadə etdiyi ilk haldır.

Qonçarovun sözlərinə görə, Kim Çen Inın nümayəndə heyətinin üzvləri onun Çindəki danışıqlarda iştirakının bütün izlərini məhv ediblər ki, heç bir DNT elementi Şimali Koreyanın əleyhdarlarının əlinə keçməsin.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
92
1
azvision.az

2Mənbələr