AZ

Qazaxıstan 34 milyard dollarlıq iddia ərizəsinə dair məhkəmə işində qalib gəlib

Astana, 3 sentyabr, AZƏRTAC

Qazaxıstanın Ədliyyə Nazirliyi Beynəlxalq Ticarət Hüququ üzrə BMT Komissiyasının (UNCITRAL) - Yevgeni Belavinin Qazaxıstana qarşı başlatdığı arbitraj prosesinin başa çatdığını bildirib.

AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, Belavin 1997-ci ildən Qazaxıstan ilə Qırğızıstan arasında bağlanmış investisiya sazişi əsasında 34 milyard ABŞ dollarından çox pul tələb edib.

Sentyabrın 1-də Arbitraj Məhkəməsi prosesə xitam verilməsi, eləcə də arbitraj zamanı Qazaxıstanın çəkdiyi bütün xərclərin ödənilməsi barədə qərar qəbul edib.

Məhkəmə Qazaxıstanın mövqeyini tam dəstəkləyib və bu dövlətə qarşı irəli sürülən qanunsuz hərəkətlərə dair bütün ittihamları rədd edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
56
azertag.az

1Mənbələr