AZ

Mərkəzi Bank tərəfindən yeni rəqəmsal platformalar istifadəyə verdi

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) maliyyə texnologiyaları və innovasiyalara həsr olunmuş yeni veb-saytı - fintech.cbar.az portalını istifadəyə verib.

Marja.z xəbər verir ki sayt ölkədə rəqəmsal maliyyə ekosistemində baş verən ən son yenilikləri, sektorun tənzimləyicisi kimi AMB-nin bu sahədə həyata keçirdiyi fəaliyyətləri, planlaşdırılan tədbirləri və rəqəmsal həllərə dair məlumatları bir ünvanda toplayaraq istifadəçilərə təqdim edir.

İstifadədə rahat interfeysə malik olan veb-saytda xüsusi tənzimləmə rejimi, Açıq bankçılıq konsepsiyası, virtual aktivlər və paylanılmış “KYC” sahələri üzrə mühüm məlumatlar və ən son yeniliklər diqqətə çatdırılır.

Linkedin və instaqram sosial şəbəkələrində yaradılmış yeni “Fintech_by_cbar” səhifələri isə maliyyə texnologiyaları sahəsi üzrə ölkədə və onun hüdudlarından kənarda baş verən yenilikləri və mühüm xəbərləri sosial media izləyicilərinin diqqətinə çatdıracaq. Maraqlı məzmunlar və interaktiv formatda paylaşımlar bu sahə üzrə məlumatlılığın artırılmasına töhfə verəcək.

Yeni rəqəmsal platformaların AMB ilə ekosistem iştirakçıları arasında innovasiyayönümlü əməkdaşlığı təşviq edəcəyi və sektorun dayanıqlı inkişafına töhfə verəcəyi gözlənilir.

Rəqəmsal platformalarla tanış olmaq üçün bu linkdən istifadə edin: fintech.cbar.az

Azərbaycan Mərkəzi Bankı AMB rəqəmsal maliyyə ekosistemi maliyyə texnologiyaları innovasiya fintech.cbar.az yeni veb-sayt sosial media səhifələri Fintech_by_cbar Linkedin Instagram rəqəmsal həllər açıq bankçılıq virtual aktivlər paylanılmış KYC tənzimləmə rejimi maliyyə savadlılığı rəqəmsal platforma innovasiyayönümlü əməkdaşlıq dayanıqlı inkişaf
Seçilən
18
20
marja.az

10Mənbələr