AZ

Pentaqon: ABŞ Prezidenti hərbi potensialı gücləndirməyi tapşırıb

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinə ölkənin hərbi potensialını gücləndirməyi tapşırıb.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.

Məlumata görə, bu qərar Çin və Rusiyanın yaxınlaşması fonunda qəbul edilib. ABŞ Prezidenti isə bunu əvvəlki administrasiyanın fəaliyyəti ilə əlaqələndirib.

"Təəssüf ki, əvvəlki administrasiyanın zəifliyi Rusiya və Çini yaxınlaşdırıb, bu dəhşətli hadisələrin inkişafı ABŞ liderliyi və gücünün çatışmazlığının nəticəsidir. Məhz buna görə Prezident Tramp bizə hərbi potensialı artırmağı, döyüş ruhunu canlandırmağı tapşırıb", - o bildirib.

Seçilən
9
2
ikisahil.az

3Mənbələr