Nərimanov rayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq.
News24.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq sentyabrın 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Məlumata görə, təmir işləri aparıldığı müddətdə H.Əliyev prospekti, A.M. Cümə, N. Hacıyev, Ə.Əliyev, A. Nemətulla, O.Əliyev və Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.