AZ

Matinyon, Numea və Bujival sazişi: Yeni Kaledoniyada dekolonizasiya prosesinin təxirə salınması

Bakı. Trend:

Fransanın Yeni Kaledoniyaya qarşı apardığı kolonial siyasətMatinyon (1988), Numea (1998) və Bujival (2025) sazişlərində öztəzahürünü tapıb. Məqsəd sonradan məskunlaşan fransızlarınmaraqlarını qorumaq, müstəmləkəçiliyə nəzarəti davam etdirmək vəKanak xalqının haqqı olan müstəqillik arzularını yox etmək olub.Yeni Kaledoniya Sakit okeanın cənubunda yerləşir. Əhalinin təxminən40%-ni təşkil edən yerli Kanaklar öz müqəddəratını təyin etməkuğrunda mübarizə aparır. 12 İyul 2025-ci tarixində imzalananBujival sazişi dekolonizasiya istiqamətində atılan addım yox,neokolonial siyasətdir. Yeni Kaledoniya hökümətində siyasitəmsilçilik və iqtisadi bərabərsizlik, xüsusilə də Yeni Kaledoniyaiqtisadiyyatının dayağı olan nikel sənayesi ətrafında gərginliklərartarkən, Fransa bu prosesləri Kanak dekolonizasiya prosesiniertələyir. Bu isə BMT-nin 1514 saylı qətnaməsinin tanıdığıdekolonizasiya prinsiplərinə ziddir.

Matinyon Sazişi (1988): tutulmamış vəd

1988-ci ildə Fransanın kolonial siyasətinə qarşı uzun illərdavam edən Kanak müqavimətindən sonra Matinyon sazişi imzalanır.Saziş 10 il sonra referendumunun keçirilməsini vəd edirdi. LakinFransa bu müddəti sonradan məskunlaşan fransızların gücünümöhkəmləndirmək üçün istifadə etdi. Metropoliyadan (materik Fransa)köçü təşviq etməklə və xüsusilə nikel sənayesi üzərində iqtisadinəzarəti artırmaqla Kanak xalqının sayını tədricən azalmasına cidditəsir göstərdi. Vəd edilən referendum isə heç vaxt keçirilmədi vəonun əvəzinə Numea sazişi imzalandı. Bu manevr Fransanın əslniyyətini üzə çıxardı. Matinyon sazişi dekolonizasiyaya deyil,kolonial nəzarəti möhkəmləndirməyə xidmət etmiş oldu.

Numea Sazişi (1998): saxtalaşdırılmışseçkilər

1998-ci ildə imzalanmış Numea sazişi, 2018–2022-ci illərarasında üç müstəqillik referendumu nəzərdə tutaraq YeniKaledoniyanın dekolonizasiya olunması üçün yeni fürsət kimi təqdimolunurdu. Lakin Fransa bu proseslərə öz maraqları naminə təsirgöstərdi. Seçki şərtləri, xüsusilə seçici siyahılarınıngenişləndirilməsi, sonradan məskunlaşan fransızlara səs verməhüququ verməklə Kanakların təsirini zəiflətdi. Ən böyük etirazlar2021-ci ildə COVID-19-un kanak icmasına dağıdıcı təsiri iləbaşladı. Belə ki, referendumu təxirə salmaq çağırışlarınabaxmayaraq Fransa səsverməni keçirdi. Kanakların kütləvi boykotuilə nəticələnən referendumun nəticəsi Fransanın tərkibində qalmağıseçdi. Lakin bu nəticə yerli kanak xalqı tərəfindən qeyri-legitimhesab olundu. Beləliklə, dekolonizasiya adı altında təqdim olunanNumea sazişi əslində demokratik prosesi manipulyasiya etmək vəkolonial status-kvonu saxlamaq üçün alətə çevrildi.

Bujival sazişi: müstəqilliyə yeni maneə

Bujival sazişi Fransanın müstəmləkəçi strategiyasının növbətimərhələsini təşkil edir. Fransa dekolonizasiya prosesini başlatmaqəvəzinə, uydurulmuş Yeni Kaledoniya dövləti modelini irəli sürür.Beləliklə seçici korpusunu daha da genişləndirərək Kanakların seçkigücünü azaldır. Bu layihə Yeni Kaledoniyanı Fransanın tərkibindəsaxlamaq və Kanakları öz vətənlərində sayca azlıq təşkil etməkcəhdi kimi dəyərləndirilir. Yeni Kaledoniyanın ən böyük müstəqilliktərəfdarı koalisiyası olan FLNKS-in hökuməti dialoqa çağırmasınabaxmayaraq, Fransa dəvətə məhəl qoymur.

Nəticə

Üç sazişi müqayisə edərkən aydın bir sxem görünür. Hər üç sazişFransa tərəfindən dekolonizasiyanı təxirə salmaq və yamanipulyasiya etmək üçün istifadə olunub. Matinyon sazişikeçirilməmiş referendum vədi ilə mövcud kolonial siyasətigücləndirdi. Numea sazişi referendum çərçivəsi təqdim etsə də,seçki manipulyasiyası və Fransanın müdaxiləsi ilə zəiflədi.Nəticədə 2021-ci ilin boykot olunan referendumuna gətirib çıxardı.Nəhayət, Bujival sazişi Kanakların siyasi gücünü sarsıdan vəFransanın nəzarətini institusional şəkildə möhkəmləndirən bir modeltəklif edir. Nəticə eyni olaraq qalır. Fransa BMT tərəfindəntanınmış dekolonizasiya hüququnu görməzdən gəlir. FLNKS ilədanışıqlardan yayınır. Bu isə neokolonial siyasət kimiqiymətləndirilir.

Seçilən
98
12
az.trend.az

10Mənbələr